Eldar Mahmudovun əmisi oğlu ilə bağlı qərar verildi - Yeni ittihamlar
    • 27-09-2018, 12:33
    • 1 156

Eldar Mahmudovun əmisi oğlu ilə bağlı qərar verildi - Yeni ittihamlar

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

 Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub və V.Mahmudovun həbs müddəti daha üç ay uzadılıb.

Bundan başqa, istintaq orqanı tərəfindən Vüqar Mahmudova əlavə ittihamlar irəli sürülüb. Hazırda istintaq davam etdirirlir.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.