İdman zallarının açılması ilə bağlı YENİ XƏBƏR
    • 18-05-2020, 17:55
    • 1 468

İdman zallarının açılması ilə bağlı YENİ XƏBƏR

“İdman zallarında bir çox idman alətləri birgə istifadə edilir”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, idman zallarının açılması bu baxımdan mürəkkəbdir: “Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, toy mərasimləri ilə bağlı da yumşaldıcı tədbirlər müzakirə olunur: “Amma indi bu barədə bir söz deyə bilmərik”.