Milli Qəhrəman, general-polkovnik Mədət Quliyevin yubileyidir
    • 27-09-2018, 14:20
    • 1 341

Milli Qəhrəman, general-polkovnik Mədət Quliyevin yubileyidir

Bu gün Azərbaycanın Milli Qəhrəmanı general-polkovnik Mədət Quliyevin doğum günüdür.

 Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdirib.

1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir.

Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparmışdır. 1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə Mədət Quliyevə polis general-mayoru rütbəsi verilmişdir. 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə isə general-polkovnik rütbəsi verilib.