DİQQƏT! Bakının bu küçəsində - HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

DİQQƏT! Bakının bu küçəsində - HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ Sosial
Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a bildirilib ki, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.