Azərbaycanın "Eurovision" mahnısı bu dəfə Eldar, Nigar və Əfəndinin ifasında - VİDEO
    • 19-05-2020, 21:03
    • 1 128

Azərbaycanın "Eurovision" mahnısı bu dəfə Eldar, Nigar və Əfəndinin ifasında - VİDEO

2011-ci ildə müğənnilər Eldar Qasımov və Nigar Camalın "Eurovision" mahnı müsabiqəsində ifa etdikləri və ölkəmizə qalibiyyət gətirən "Running Scared" bu dəfə fərqli tərzdə ifa edilib. 

News24.az xəbər verir ki, mahnı akustik tərzdə Eldar Qasımov, Nigar Camal və "Eurovision" mahnı yarışmasında Azərbaycanı həm bu il təmsil edən, həm də növbəti il Rotterdamda səhnəyə çıxmağa hazırlaşan Əfəndi tərəfindən səsləndirilib. 

İfa mahnı müsabiqəsinin rəsmi "YouTube" kanalında yayımlanıb.