Ölkədə qanunsuz əcnəbilərin sayı artıb - RƏSMİ
    • 20-05-2020, 12:23
    • 537

Ölkədə qanunsuz əcnəbilərin sayı artıb - RƏSMİ

“Ümumi olaraq bu dönəmdə məsuliyyətə cəlb etmə və inzibati tədbirlərin tətbiqini nisbətən məhdudlaşdırmışdıq. Çünki bu cür halları aşkar etmək üçün bizim əməkdaşlar müəyyən yoxlamalar həyata keçirməli və müşahidələr aparmalıdırlar”.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov onlayn konfrans zamanı deyib. V.Hüseynov həmçinin ölkə ərazisində olan qanunsuz əcnəbilərin sayında artım olduğunu da bildirib: “Bunun obyektiv səbəbləri var. Həmin şəxsin ölkədə olma müddəti keçib və uzadılması üçün müraciət etməyib”.

Vüsal Hüseynov qanunsuz əmək miqrasiyası ilə bağlı da açıqlama verib:“Qanunsuz əmək miqrasiyası ilə bağlı fikir bildirmək çətindir. Pandemiya dövründə əmək fəaliyyəti aşağıdır. Amma iş icazəsinin alınmasında azalma var. Bu da müəssisələr məhdud fəaliyyət göstəridiyi üçün yeni əcnəbilər gəlmədiyi üçündür. Bir daha qeyd edirəm ki, qanunsuz əmək miqrasiyası diqqətimizdədir”.