Bu uşaqların onlayn müsahibəsi TƏXİRƏ DÜŞDÜ
    • 20-05-2020, 14:43
    • 817

Bu uşaqların onlayn müsahibəsi TƏXİRƏ DÜŞDÜ

Məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə start verilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, onlayn müsahibələr mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün başlanılıb.

Nazirliyin məlumatında həmçinin məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün onlayn müsahibələr barədə də açıqlama verilib. Bildirilib ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun 1-dən start veriləcək.

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.