Baş Prokurorluq TƏKZİB EDİR
    • 20-05-2020, 17:22
    • 803

Baş Prokurorluq TƏKZİB EDİR

"Bəzi kütləvi informasiya vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb".

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.
"Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", - E.Sultanov bildirib.