-
- 21-05-2020, 12:01
- 1 106
Şirvanda əlillər üçün yeni bərpa mərkəzi əsaslı təmir olunur
Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.
Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.