Bu yollarda diqqətli olun - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 22-05-2020, 10:50
    • 688

Bu yollarda diqqətli olun - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. 

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.