Bu gün bəzi ərazilərdə qaz olmayacaq
    • 28-09-2018, 10:39
    • 727

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakı və Gəncənin bəzi yerlərində qaz olmayacaq. 

 “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi əlaqədar sabah saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər Bakının Nəsimi rayonunun Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Görüləcək təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
 
Həmçinin bildirilir ki, bu gün saat 09:00-dan etibarən Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.