Xoşqədəm Zaur Baxşəliyevə söz atdı? “Biz verilişdə ev, maşın vermirik” -  VİDEO
    • 28-09-2018, 12:32
    • 4 870

Xoşqədəm Zaur Baxşəliyevə söz atdı? “Biz verilişdə ev, maşın vermirik” - VİDEO

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan “Bizimləsən” verilişində insanlardan kömək istəməsi və yığılan məbləğlə evinin ipotekasını ödəməsi müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, əməkdar jurnalist Xoşqədəm Hidayətqızının “Xəzər” TV-də aparıcısı olduğu “Səni axtarıram” verilişində ad çəkməyərək etdiyi açıqlamaların rəqib veriliş ilə bağlı olduğu deyilir.

Belə ki, X.Hidayətqızı “Biz verilişdə ev, maşın vermirik. Bunlar üçün başqa ünvanlara üz tuta bilərsiniz. Ümid edirəm ki, gözü tərəzi olan xalqım həqiqətən xəstə olan insanlara yardım edəcək” sözlərini deyib.

Əməkdar jurnalist eyni zamanda da edilən maddi köməklərin miqdarının efirdə açıqlanmasının düzgün olmadığını bildirib:

“İnsanın etdiyi maddi yardımın miqdarını özü istəmədən açıqlamaq düzgün deyil. Mən bunu qeyri-etik hərəkət sayıram”.

Xoşqədəm Baxşəliyeva zarafatla da olsa ekstrasenlərin özlərini psixoloq kimi qələmə verməsi haqda da danışın:

“Neçə gündür çəkiliş meydançasına gələndə sağ ayağım tutulur. Deyirəm ki, mənim bəxtim heç vaxt gətirməyib. Camaatın baxıcısı da psixoloq olur, mənim ki isə əsl psixoloq kimi gəlib oturub burada”.

Teymur Məmmədov