"Amaliya Pənahovanı şər-böhtana saldılar..." XALQ ARTİSTİ GİZLİNLƏRİ AÇDI - VİDEO
    • 25-05-2020, 12:26
    • 1 068

"Amaliya Pənahovanı şər-böhtana saldılar..." XALQ ARTİSTİ GİZLİNLƏRİ AÇDI - VİDEO

"Amaliya xanımın bütün məziyyətlərini bilirik. Teatra direktor, bədii rəhbər gələndə ədalətli olmalıdır. Rol bölgüsü düzgün aparılmalıdır. Bəzi hallarda teatra bədii rəhbər gəlir və qisas alır. Amaliya Pənahova teatrdan incik düşdü. Bu mənim gözümün qabağında oldu. O, küsdü və getdi. Onu yaratdığı obrazlara görə incitmək olmazdı. Burada Akademik Milli Dram Teatrına direktor təyin olunmasının da səbəbi var idi. Çünki Amaliya xanımın da buna istəyi olmuşdu. İncidi getdi və öz Bələdiyyə Teatrını yaratdı".

News24.az xəbər verir ki, bu sözləri "ARB" Televiziyasının "Səhər-səhər" proqramında qolan olarkən Xalq artisti Əli Nur deyib.

O, bildirib ki, aktrisanı şər-böhtana salıblar: "Elə şeylər var ki, yazılır, amma onları demək olmur. Sonuncu dəfə Teatr Xadimləri İttifaqında qurultay oldu. Mən əl qaldırıb sözümü dedim, Amaliya xanımı müdafiə etdim. Çünki biz artıq bilirdik ki, Amaliya xanım gedəcək. O, özünə arxayın, pərəstişkarları tərəfindən çox sevilən sənətkar olub. Amma eləsini kimsə sancanda o teatrdan, səhnədən küsüb gedəcək. Çünki, hər şeydə də insanı şər-böhtana salmaq olmaz. Özü də böyük sənətkarların ünvanına".

Sevda Bayramova