Mətanət İsgəndərli keçmiş ƏRİ HAQQINDA:
    • 25-05-2020, 12:39
    • 1 889

Mətanət İsgəndərli keçmiş ƏRİ HAQQINDA: "Onu dəli kimi sevirdim..." - VİDEO

"30 ilə yaxın idi ayrılmışdıq. O, rəhmətə gedəndə mən nə qədər ağladım. Elə bilirdim ki, heç vaxt sakitləşə bilməyəcəyəm. Dayana bilmirdim. Mən onunla ancaq bir-iki dəfə telefonla danışmışdım, amma görüşməmişdik. Bir dəfə bizə gəlmək istəyirdi, qapıda idi. Kərim qoymadı evə girsin, onu evə qoymadığıma görə indiyə qədər çox peşimanam. Uşaqdır yəqin düşünüb ki, valideynlərim ayrılıb. Bəlkə də qismət belə olmalıydı".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ulduzlu yayım" verilişində deyib. O, ağlaya-ağlaya həyat yoldaşından danışıb: "Onu düşünəndə çox pis oluram. Çünki, ondan halallıq ala bilmədim. Allah ona rəhmət eləsin, övladlarımın atasıdır. İnanıram və hiss edirəm ki, onunla axirətdə görüşəcəyəm. Uzaq qohum idik. Evlənəndə bir-birimizi heç görməmişdik. Nişandan dörd ay sonra görüşdük. Sonradan onu çox sevdim. Qısqanırdım, dəli kimi olurdum. O biri nikahdan olan oğlu Hüseyn ona çox oxşayır. Elə Kərimlə də bir-birilərinə çox bənzəyirlər. Elə bilirəm ki, öz balamdır. Kərim pnu bizim yanımıza gətirdi, əvvəl soyuq görüşürdü. İndi məni çox istəyir... Anası deyir ki, bilirsən səni nə qədər çox istəyir. Haqqınmda kimsə, nəsə desə bəlkə də o adamı öldürər. Yoldaşımın ikinci həyat yoldaşı Gülsüm xanımla da münasibətim yaxşıdır. Niyə düşmən olaq? Mənə pislik etməyib ki... Ailəmi dağıtmayıb, evimi yıxmayıb. Həyat yoldaşıma hər zaman çox yaxşı baxmışam, ona görə də kənardan tez-tez onunla maraqlanırdı. Gülsüm də bir dəfə ailəli olub, övladı olmayıb və ayrılıb. Sonra mənim keçmiş həyat yoldaşımla tanış olublar və Hüseyn dünyaya gəlib. Keçən dəfə Gülsüm mənə deyir ki, sən boşanmasaydın mənim oğlum dünyaya gəlməzdi".

Sevda Bayramova