Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - AÇIQLAMA
    • 25-05-2020, 12:12
    • 1 069

Əbülfəs Qarayevdən sonra səlahiyyət kimdədir? - AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə News24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.

Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad edilib.