-
- 28-09-2018, 14:00
- 6 927
"İndi mən atamdan bir yaş böyüyəm" -Səməndər Rzayevin qızı Rübabə Səməndərdi
- Rübabə xanım, Səməndər Rzayev özünü uğurlu ailə başçısı hesab edirdimi?
- Əslində, bu sualın cavabını o, özü daha yaxşı bilərdi. Amma sizə deyim ki, atam aktyor kimi də özünü o qədər uğurlu saymırdı. İstədiyi rolları ifa edə bilmirdi, bəzən də vermirdilər. Eləcə də filmlərə çox az çəkilirdi. Baxmayaraq ki, yaxşı potensialı vardı. O, bilirdi ki, aktyorluq sənəti asılı sənətdir. Aktyoru kimsə görməli, bəyənməlidir ki, filmə də çəksin. Buna görə də özünü aktyor kimi realizə edə bilməyən aktyorların bir çoxu sonradan rejissor olurlar. Atam buna çatdıra bilmədi. Bəlkə də yaşasaydı, özünü rejissor kimi də sınayardı. Bir dəfə, səhv etmirəmsə, o, hansısa tamaşada ikinci rejissor olub. Amma mən inanmıram ki, atam rejissor olmaq istəsin. Düzdür, hər bir aktyorun canında heç olmasa bir dəfə tabe olmaq yox, tabe elətdirmək arzusu olur.
- Onun yaradıcılığına nəzər salanda elə təəssürat yaranır ki, Səməndər müəllim tabe olan aktyor olmayıb.
- Məncə, rejissorların da Səməndər müəllimi tabe etdirmək fikirləri olmayıb. Çünki o, improvizə aktyoru olub. Rejissorlara da tamaşasının, filminin yaxşı alınması lazımdır. Əgər aktyor doğrudan da yaxşı aktyordusa, sənətkardısa, filmə, tamaşaya hansısa rəng, çalar gətirirsə, rejissor həmin aktyorla ədavətə, konfliktə girməz.
- Atanızın ölümündən otuz ildən də çox vaxt keçib. Bu gün atanızı necə xatırlayırsınız?
- Belə deyim də, atam böyük uşaq idi. Mən bu günə qədər elə maraqlı adama rast gəlməmişəm. O, tamam başqa bir adam idi. Sanki bu dünyanın adamı deyildi. Bu dünyanın heç bir malında, pulunda, var-dövlətində gözü yox idi. Bu mənim özümün özüm üçün dərk etdiyim, kəşf elədiyim həqiqət idi. Amma bu yaxınlarda heç tanımadığım, atamla İncəsənət İnstitutunda oxuyan, onunla bir otaqda qalan adam mənə atamın çox gözütox adam olduğunu dedi. Onda anladım ki, bu qənaət tək mənim gəldiyim qənaət deyil. Onun bu dünyadan hansısa umacağı, maddi cəhətdən böyük gözləntiləri yox idi. Həyatdan dördəlli yapışan adam deyildi. Həmişə deyirdi ki, harda qırılar, qırılar.
- Bunu hansı anlamda deyirdi?
- Yəni, misal üçün, sağlamlığı ilə bağlı bir problem olanda deyirdi. Özünü fetiləşdirən bir adam deyildi. Aktyorlar var ki, bütün arxivlərini yığıb saxlayırlar, paylaşırlar. Atamın elə gözəl şarjları, həcvləri vardı. Harda olurdusa, dəftərin, kağızın bir küncünə nəsə çəkirdi. Gözəl də rəsm çəkmək qabiliyyəti vardı. Amma onların heç birini saxlamayıb. Rəhmətlik Mikayıl Mirzə o vaxtı bizdə qalanları aldı ki, atam haqqında yazacağı kitaba daxil etsin. Sonra da onun evi yananda o şarjlar tələf oldu. Nə qədər jurnalist şəkillərini aparıb qaytarmadılar. Bizə atamdan bir albom şəkil qalıb.
- Rübabə xanım, atanızın xatirəsini, adını yaşatmaq asandır, ya çətin?
- Mən deməzdim ki, biz onun adını yaşadırıq. Çünki mən özüm ixtisasca teatrşünasam. Amma təəssüf ki, teatr sahəsində elə bir iş görmədim. Daha çox jurnalistikaya, radioya meyil etdim. Qardaşım da aktyordu. Amma onun da taleyi elə gətirdi ki, öz istədiyi kimi və yaxud da atamın nə vaxtsa arzuladığı kimi ola bilmədi. Atam onun aktyor olmasını heç vaxt istəməmişdi. O, çox istəyirdi ki, qardaşım diplomat, mən isə həkim olum. Qardaşım daha çox anamın istəyilə aktyor oldu. Yaxşı aktyor ola da bilərdi, potensialı da vardı. Amma həyatdır da, belə alındı.
Yəni biz Səməndər Rzayevin övladları kimi onun üçün keçirilən tədbirlərə, verilişlərə gedirik, fikirlərimizi, xatirələrimizi bölüşürük. Amma atamın adı özü-özünü yaşadır.
- Yeri gəlmişkən, qardaşınızın aktyor olmaq üçün yetəri qədər şansı vardı. Faktura baxımından aktyorluq tələbatına cavab verirdi. Səsi atanızın səsinə çox oxşayırdı. Səməndər Rzayevin oğlu kimi də mühiti bilirdi, rahat bir yolu vardı ki, məşhur bir aktyora çevrilsin. Nə baş verdi ki, qardaşınızın fəaliyyəti məhdudlaşdı?
- Qardaşım faktura baxımından atama çox az oxşayır. Atama daha çox mən bənzəyirəm. Həm xasiyyətcə, həm də zahirən. Amma səsi onun səsinə çox bənzəyirdi. İstedadlı da insan idi. Onun həyatında müəyyən sarsıntılar oldu ki, görünür, bu onun sənət həyatına mane oldu. Həm də sənət mühiti çox çətin mühitdir. Orda hər adam baş çıxara bilmir. Bunun üçün gərək bir az möhkəm adam olasan. Təkcə istedad bəs eləmir.
- Səməndər müəllimin ən yaxın dostları kimlər idi?
- Telman əmi (Telman Adıgözəlov - S.Ə.) ilə çox yaxın idi. Telman əmi sözün əsl mənasında əmi idi. Yaşar Nuri ilə də dostluğu tuturdu. Mən özüm də Yaşar əmini çox istəyirəm. İndiki zamanda ona görə qeyd edirəm ki, sevdiyim insanlar mənim üçün heç vaxt ölmürlər. Fuad Poladovla da münasibəti yaxşı idi. Atam rəhmətə gedəndən sonra da o, bizimlə, anamla həmişə əlaqə saxlayırdı, bayramlarda hökmən zəng vurub bayramımızı təbrik edirdi. Hamlet Xanızadə atamdan bir neçə il sonra rəhmətə getdi. Amma ona qədər həmişə bizimlə əlaqə saxlayırdı, gəlib-gedirdi. Azdramada uzun illər rejissor işləmiş Qürbət əmi ilə də dost idi. Yəni dost sarıdan kasıb adam deyildi. Nəsir Sadıqzadə, Hamlet Xanızadə, Fuad Poladov həmişə atamın ad günlərində bizə yığışırdılar. Bir problemimiz, çətinliyimiz olanda, onlara müraciət edəndə köməklik etməyə həmişə çalışırdılar. Amma evimizin ən yaxın adam Telman əmi idi.
- Rübabə xanım, Səməndər Rzayevlə onun rolları arasında nə kimi fərqlər olurdu?
- O, dolubədənli olduğu üçün çox vaxt ona yaşından böyük obrazlar verirdilər. Mən indi ən çox bir məsələyə ürəkağrısı ilə yanaşıram. Ona bəzən elə rollar verirdilər ki, hamısı bir-birinə oxşayırdı. Amma onun potensialı imkan verirdi ki, həm komik, həm faciə, həm də dramatik rol ifa etsin. Hətta mənə elə gəlir ki, onu tragikomik obrazlarda da sınasaydılar, maraqlı bir iş alınardı. Sınayacaqdılar da. Sadəcə, çatdırmadı... Vaqif Mustafayev atamı "Yaramaz" filmindəki Hətəm roluna çəkəcəkdi. Çünki elə həmin rol atam üçün yazılmışdı. Amma atam 86-cı ildə dünyasını dəyişdi. Həmin film isə 1987-ci ildə çəkildi. O obraz atamın yaradıcılığında yeni bir səhifə ola bilərdi... Bir də Hüseynağa Atakişiyevin səhnəyə qoyduğu tamaşasındakı Satin rolu çox maraqlı idi. Hüseynağa Atakişiyev Akademik Milli Dram Teatrına baş rejissor təyin olunandan sonra atamla bağlı planları çox idi. Amma təəssüf ki, həmin tamaşa onların birinci və sonuncu birgə işləri oldu. İndi mən düşünürəm ki, atamın tragikomik obrazlara daha çox meyli olub. O, bir neçə tragikomik obrazlar ifa etsəydi, aktyor kimi teatr tarixində iz qoya bilərdi. Təəssüf ki, alınmadı.
- İş prosesi, münasibətləri, teatr mühiti barədə evdə söhbətlər edirdi?
- Atam elə söhbətləri evdə danışmağı xoşlamırdı. İşdə olan söhbətləri işdə qoyub gəlirdi. Sadəcə, bir neçə dəfə olub ki, iş yoldaşlarının hansısa bir problemi olanda narahat olurdu, onu ürəyinə salırdı. Ümumiyyətlə, atam insanları, sənət dostlarını çox sevirdi. Onlara nəsə olanda bunu çox pis yaşayırdı.
Radionun fondunda onun uşaqlar üçün hazırlanan verilişlərdə səs yazıları var. Uşaqları da çox sevirdi...
Mənim sinif yoldaşlarım bu günə qədər atamın, ad günümdə onlarla olan mehriban davranışını xatırlayırlar. Mənim ad günümdə atam bizimlə birgə süfrə arxasında oturdu, onlarla söhbət etdi, piano çaldı. Yəni çox sadə və mehriban adam idi.
- Yəqin ki, sizə ayırmağa da vaxtı çox az olurdu...
- Məişət işləri, bazarlıq və bizim tərbiyəmizlə anam məşğul olurdu. Çünki həm vaxtı qalmırdı, həm də aktyor kimi özünü sənətinə həsr edirdi. Biz atamın bütün günü evdə olmasına öyrəşməmişdik. Səhər gedirdi, gecə gəlirdi. Çox nadir hallarda onunla harasa gəzməyə gedərdik. Misal üçün, hansısa filmdə lap epizodik rola çəkilsə də, bunun üçün çox əmək sərf edirdi. Amma axırda da iki-üç epizod saxlayırdılar. Bu da ona təbii ki, pis təsir edir, onu mənən sındırırdı.
- Səməndər Rzayevdən kinoda çox az istifadə olundu...
- Kinoda da, elə teatrda da. Axır zamanlar özü də ruhdan düşmüşdü. Çünki potensialına uyğun olaraq özünü ifadə də bilmirdi.
- Obrazları üzərində evdə işləyib, məşq edirdi?
- Məşq etdiyini, düzü, xatırlamıram. Amma rollarının mətnini gətirirdi, anam onun üçün yazırdı. Onun özünün hövsələsi çatmırdı yazı yazmağa, həm də anamın xətti qəşəng idi. Bir də onun yaxşı vokal səsi vardı. Səhərlər kefi yaxşı olanda evdə ariyalardan parçalar oxuyardı. Ümumiyyətlə, çox nikbin adam idi. Öz ağrı-acısını kiminsə üzərinə atmağı xoşlamazdı. Hərçənd ki, sağlamlığı ilə bağlı kifayət qədər problemləri vardı. Ayağında saatlarla davam edən qıcolmalar olurdu. Təsəvvür edin ki, səhər işə normal vəziyyətdə gedirdi, axşam isə axsaya-axsaya gəlirdi.
- Ayağındakı zədə, səhv etmirəmsə, uşaqlıqdan qalmışdı...
- Bəli. Uşaq vaxtı o, körpüdən yıxılmışdı. On dörd yaşından on yeddi yaşına qədər atam Mərdəkanda sanatoriyada ayağından müalicə ala-ala, dərslərini də həmin sanatoriyada oxuyurdu. Elə orda radioda gedən "Arxiv baba və Lyonka" əsərində Ələsgər Ələkbərovla, Barat Şəkinskayanın səslərinə qulaq asa-asa aktyorluq sənətinə həvəsi yaranmışdı.
Xəstə yatan zaman həkimlər ona demişdilər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra atam kökəlmişdi. Amma köklük də ona ağırlıq gətirdiyindən həmişə zədəli ayağı ağrılı olurdu.
- Ananızla bir-birlərini sevib ailə qurmuşdular?
- Elədir. Anamla ailədə mehriban dolanıblar. Atam rəhmətə gedəndə 41 yaşı vardı. Anamın isə 37. Anam ondan sonra çox əziyyətlər çəkdi, iş yerləri dəyişdi. Sağlığında anam həmişə onun qayğısına qalıb. O, həmişə atama bahalı bir fransız ətiri alırdı. Atamı həmişə o qoxu ilə xatırlayıram. Sonralar nə qədər axtardım, həmin ətirdən tapa bilmədim. Evdə atamın papağı və üzüyü qalmışdı. Atamın papağından da həmin qoxu gəlirdi. Anam o əşyaları kiməsə bağışladı. Atam həmin üzüyü heç vaxt əlindən çıxarmazdı. Sonralar mən ailə quranda həmin üzükdən eynisini axtarıb həyat yoldaşım üçün aldım ki, hər dəfə onun əlinə baxanda atamı xatırlayım... Çünki mən gözümü açandan o üzüyü atamın barmağında görmüşdüm.
Hərdən fikirləşirəm ki, atamın ağrıları olsa da, əziyyət çəksə də, elə bir vaxtda dünyasını dəyişdi ki, sonra xalq olaraq yaşadığımız faciələri görmədi. Mən bilmirəm, o, yaşasaydı, 20 Yanvar, Xocalı faciələrinə, torpaqların işğalına necə dözərdi. Yəqin ki, dözməzdi. Amma, məncə, elə xoşbəxt adam idi ki, o, sonrakı faciələri görmədən, ən gözəl dövrdə dünyasını dəyişdi.
- Rübabə xanım, atanız rəhmətə gedəndə on bir yaşınız olub. Qəfildən, gözlənilmədən Səməndər Rzayevin səsi, əzəmətli görünüşü evinizdən çəkilir, hər şey şəkillərdə və səs yazılarında qalır. Onun yoxluğunun yaratdığı boşluğu necə xatırlayırsınız?
- Uşaq idim. O yaşda hər şeyi indiki kimi aydın dərk etmək olmur. Düzdür, ağladığımı, müəyyən sarsıntılar keçirdiyimi xatırlayıram. Amma siz dediyiniz hissləri yaşamaq zamanla baş verir. Zamanla anlayırsan ki, onun yeri heç zaman dolmayacaq. Bu çox pisdir... Mən onun rəhmətə getdiyi yaş dövrünü də artıq yaşadım. Onun ölümü uşaq vaxtı mənim yaddaşımda necə dərin iz saldısa, sonralar da, indi də insan itkisini, ağrılarını mən artıq o qədər də şiddətli, o vaxtkı kimi yaşaya bilmirəm. Çünki mənim ən böyük itkim o olmuşdu. Hətta anamın itkisi belə mənim üçün ata itkisi qədər ağır olmadı. Anam ağır həyat keçirsə də, çətinlikləri olsa da, 70 yaşa qədər yaşadı. Amma 41 yaşla, 70 yaş arasında, eləcə də, o vaxtkı mənlə, indiki mən arasında çox böyük fərq var. Bir çox sevdiyim adamları itirdiyim üçün bərkidim.
- Hər itki yəqin ki, atanızı xatırladırdı...
- Təbii ki. Telman əmi rəhmətə gedəndə mən sanki atamı yenidən itirdim. Eləcə də, atamın digər dostları Hamlet Xanızadə, Nəsir Sadıqzadə, Səyavuş Aslan, Yaşar Nuri, Fuad Poladov dünyadan köçəndə atamı xatırlayırdım. Elə bilirdim ki, onu yenidən itirirəm. Mənim üçün onlar atamın bir parçası idilər. Onun qoxusunu müəyyən mənada onlardan alırdım. Ona görə də onlar mənim üçün əziz idilər. Atamın dostları sağ olanda elə bilirdim ki, atam da haradasa yaşayır və sağdır. İndi onun nəslindən çox az adam qalıb. Amma hərdən fikirləşirəm ki, əgər o biri dünya varsa, yəqin ki, hamısı orda bir yerdədilər.
- Heç yuxunuza girir?
- Axırıncı dəfə hardasa bir həftə bundan əvvəl girmişdi. Çox maraqlı bir yuxu idi. Biz indi axı onunla yaşıdıq. Hətta atam indi məndən kiçikdir. Yuxuda gördüm ki, bir-birimizin əlindən tutub gedirik, mən onun qoluna girmək istəyəndə atam deyir ki, - sən mənim qoluma girmə, kənardan baxanlar pis başa düşə bilərlər. Mən də ona təskinlik verirəm ki, narahat olma, biz üzdən oxşayırıq, hamı biləcək ki, biz ata-balayıq. Atamla bağlı yuxularımın hamısı çox pozitiv olub. Danışıb-gülmüşük. Amma anam onun kimi nikbin girmir yuxuma. Həmişə nəsə narahat görsənir... Bir dəfə də atamı cənnəti xatırladan alma bağında görmüşdüm. Hətta o bağdakı alma qoxusunu indi də xatırlayıram.
- Ən çox nə zaman gözünüz atanızı axtarıb?
- Təbii ki, həyatımın həlledici məqamlarında onu axtarmışam. Orta məktəbi bitirəndə, universitetə daxil olanda, ad günlərimdə, toy günümdə. Həmişə axtarmışam. Toyumda atamın dostlarının hamısı gəldilər, bizi tək qoymayıb məclisi şənləndirdilər. Onların çoxu dünyasını dəyişsə də, mən həmişə onlar haqqında sağ olsunlar - deyirəm. Görünür, cismin ölməyi heç nəyi dəyişmir və onlar hardasa sağdılar...
- Rübabə xanım, atanızın xəstəliyi nə idi?
- O, qaraciyər serrozundan dünyasını dəyişdi. 1985-ci ildə atam qastrolda olanda vəziyyəti pisləşib, orda onu müayinə edən həkim ona xəstəliyi barədə deyib. O, bilib ki, xəstəliyinin üstünə düşməsə, çox yaşamayacaq. Amma heç kimə bu haqda heç nə deməyib. Amma xəstələnib yatağa düşəndə, ölüm məqamının yaxınlaşdığını hiss edəndə ölmək istəmirdi. Harda qırılar, qırılar desə də, qırılar məqamı çatanda bilmişdi ki, artıq gecdir. Ona görə də insan öz həyatının qeydinə qalmalıdı. Həm özünə, həm də əzizlərinə görə.
- Axırıncı dəfə teatr səhnəsindəki rolunu da çox çətinliklə ifa edib...
- Elədir. Həmin günü mən yaxşı xatırlayıram. O, teatrdan evə gəldi, mən yatılı olsam da, onun səsini eşidib ayılmışdım. O, anama dedi ki, bu gün işdə xəta baş verib. Sən demə, tamaşa vaxtı onun ayaqları şişibmiş, ciyərində də güclü problem olub. Səhnədəki rola uyğun olaraq da səhnənin döşəməsində bir müddət uzanmalı olub. Vəziyyəti daha da pisləşib. Amma rolunu axıra qədər ifa etmişdi. Biz həmin günə qədər onun serroz olduğunu bilməmişdik. Ondan sonra öyrəndik. Yanvarın 2-də ad gününü qeyd etdik, sonra xəstəxanaya apardıq, orda bir dəfə komaya düşdü, bir ay komada qaldı. Komadan çıxandan sonra isə martda dünyasını dəyişdi. Həmin xəstəxananın şöbə müdiri atamın dostu idi. O, atamın yaşaması üçün çox zəhmət çəkdi. İndi rəhmətə gedib. Allah rəhmət etsin ona da. O vaxt yadıma gəlir ki, yazıçı Anar atamın müalicəsi üçün lazım olan bahalı iynələri alıb xəstəxanaya yollamışdı. Amma təəssüf ki, onlar da kömək etmədi. Həmin ampulalar bu yaxınlara qədər evdə idi.
Xəstəliyinin son günlərində Ramiz Həsənoğlu xəstəxanaya onun yanına getmişdi. O, sonralar danışırdı ki, atamla söhbət edəndə birdən atam rus dilində deyib ki "Mne tak xoçetsa jit"...
- Səməndər müəllim həm də məclis adamı olub.
- Yeyib-içməyi sevən adam idi. Aktyorların böyük əksəriyyəti içki xoşlayan olur. Amma o, içkidən də ağrıkəsici kimi istifadə edirdi. Çünki ayağı onu çox incidirdi. Dərmandan da istifadə etməyi xoşlamırdı. Ona görə də ağrısı olanda içirdi ki, ağrısı azalsın.
- Keçmişə qayıtsaq, Səməndər Rzayevin qızı, on bir yaşlı Rübabə kimi o son günü necə xatırlayarsınız?
- Atam xəstəxanada dünyasını dəyişdi. Qohumlarımız bizdə qalırdılar. Artıq hamı bilirdi ki, vəziyyəti pisdir. Qardaşımla, mən isə bir qohumumuzgildə qalmışdıq. Yadıma gəlir ki, babam gəldi. Bizə dedi ki, sizi atanızın yanına aparacam. Bizi aldatmışdı. Binamızın qarşısında rəhmətlik Mikayıl Mirzəni gördük. O, babama başsağlığı verəndə biz bildik ki, atamız rəhmətə gedib. Təbii ki, şok yaşadıq. Sözün məcazi mənasında həmin an mənə elə gəldi ki, atamı sanki Mikayıl Mirzə öldürüb.
Sonra evə qalxanda artıq atamın cənazəsini gördüm. Xahiş etdim ki, üzünü açsınlar baxım. Amma icazə vermədilər. İndi düşünürəm ki, yaxşı ki, qoymayıblar. Çünki atam mənim yaddaşımda həmişə cavan, sağlam və xoşbəxt adam kimi qaldı. O, içindəki uşağı sağ saxlamışdı. Özü böyüsə də, həmin uşağı ölməyə qoymamışdı.
//edebiyyatqazeti.az