Bakıda iki avtomobil toqquşdu, 1 nəfər xəsarət aldı
    • 25-05-2020, 22:08
    • 568

Bakıda iki avtomobil toqquşdu, 1 nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub.