Azərbaycanlı qadın məhbus Avstriyada həbsxananı yandırdı
    • 28-09-2018, 14:30
    • 904

Azərbaycanlı qadın məhbus Avstriyada həbsxananı yandırdı

43 yaşlı Azərbaycan vətəndaşı Avstriyada qanunsuz miqrantların saxlanıldığı Zalsburq həbsxanasında yanğın törədib.

Bu barədə "Kron" nəşri məlumat yayıb. Hadisə ötən gün saat 17:30 radələrində Qernalser saxlanılma məntəqəsində baş verib.

Azərbaycanlı qadın öz kamerasındakı döşəyi yandırıb. Yanğının söndürülməsi üçün 22 yanğınsöndürən maşın cəlb olunub.

Tüstüdən zəhərlənən azərbaycanlı, qonşu otaqdakı məhbuslar və üç polis xəstəxanaya yerləşdirilib.
"Biz hadisənin səbəblərini bilmirik. Deportasiya yanğına səbəb ola bilməzdi. Qadın inzibati qanun pozuntusu üçün müəssisədə idi", - deyə yerli polisin mətbuat xidməti Nina Laubiçler jurnalistlərə bildirib.
//open.az