Bakının bu rayonunda SU OLMAYACAQ
    • 27-05-2020, 10:53
    • 516

Bakının bu rayonunda SU OLMAYACAQ

Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq.

Bu barədə News24.az-a “Azərsu” ASC-nin İşlər idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib. 

Onun sözlərinə görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Xocalı prospektinə, eləcə də M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov və R.Əliyev küçələrinə içməli suyun verilişi dayandırılacaq.