Toylar NƏ ZAMAN BƏRPA OLUNUR? - SON XƏBƏR
    • 29-05-2020, 19:07
    • 802

Toylar NƏ ZAMAN BƏRPA OLUNUR? - SON XƏBƏR

“Son 2 gündür ki, sərbəstlik artdıqca yoluxanların sayı artır".

News24.az
xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, belə olduğuntəqdirdə ölkədə toyların keçirilməsinin başlaması və şadlıq saraylarının fəaliyyətinin bərpası problemli görünür: "Hər şey yoluxmanın sayından və bizim özümüzün sosial məsuliyyətindən asılıdır. Bəlkə də yoluxmaların sayı artmasaydı, biz bu gün burda daha çox yumşalmadan danışardıq. Amma 230 nəfərin bir gündə virusa yoluxması artıq böyük rəqəmdir. Dövlətin öz vətəndaşlarını qorumaq kimi bir məsuliyyəti var. Ona görə də hər şey yoluxmanın səviyyəsindən asılıdır”.