-
- 3-06-2020, 13:48
- 674
Sabah güclü külək əsəcək, YAĞIŞ YAĞACAQ
4 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə 4 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27,
Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
4 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36,
dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
4 iyunda Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.