Yasamalda 14 mərtəbəli binada - YANĞIN

Yasamalda 14 mərtəbəli binada - YANĞIN Hadisə
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 200 m² olan mənzilin mətbəxində 1 ədəd qabyuyan və mətbəx mebeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.