-
- 5-06-2020, 11:19
- 860
Prokurorluq arvadını öldürməyə cəhd edən şəxsi cinayət məsuliyyətinə CƏLB ETDİ
İyunun 4-də saat 21 radələrində paytaxtın Sabunçu qəsəbə sakini 1990-cı il təvəllüdlü Günel Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Sabunçu rayon prokurorluğundan News24.az bildirilib ki, G.Babayevanın hadisə yerində olan şəxslərin köməkliyi ilə vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
R.Dadaşov könüllü gələrək cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
R.Dadaşov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.