Bu gün ictimai nəqliyyat GECƏ SAATLARINA QƏDƏR İŞLƏYƏCƏK - AÇIQLANDI
    • 5-06-2020, 14:00
    • 1 001

Bu gün ictimai nəqliyyat GECƏ SAATLARINA QƏDƏR İŞLƏYƏCƏK - AÇIQLANDI

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarı insanlar tərəfindən yanlış anlaşılıb. Dövlət qurumlarının bu gün saat 14:00-a qədər işləməsi xəbərini, şəhər sakinləri nəqliyyat vasitələrinin iş qrafikinə də şamil olunacağını zənn ediblər.   

News24.az bir neçə aidiyyatı qurumla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.   

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-ın sualına cavab olaraq qeyd edib ki, Bakı metrosu bu gün əvvəlki qaydada işləyəcək: “Nazirlər Kabinetinin  qərarına əsasən məhdudiyyətlər bu gecə saat 00:00-dan birinci  gün səhər saat 06:00-a qədər olacaq. Yalnız həmin müddətdə metro işləməyəcək. Bu gün isə metro əvvəlki qaydada işinə davam edəcək”. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev avtobusların cümə günü üçün eyni qaydada çalışacağını deyib: “Bu gün hər hansı dəyişiklik yoxdur. İnsanlar avtobuslardan saat 14:00-dan sonra da istifadə edə bilərlər,”. 

"Azərbaycan  Dəmir Yolları” ASC-nin mətbuat xidmətindən News24.az-ın sualına cavab olaraq iş qrafikində hər hansı dəyişiklik edilmədiyi deyilib. Qurumdan bildirilib ki, qatarların hərəkətində şənbə və bazar günləri üçün dəyişiklik edilib, bununla bağlı elan da verilib. 

Afaq Mirayiq