Koronavirusla bağlı Azərbaycandakı SON VƏZİYYƏT AÇIQLANDI
    • 6-06-2020, 18:00
    • 696

Koronavirusla bağlı Azərbaycandakı SON VƏZİYYƏT AÇIQLANDI

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4024 nəfər müalicə olunaraq sağalmış, 84 nəfər vəfat etmiş, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

News24.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən müalicəsi davam edənşəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılmışdır.