Eldar Qasımov:
    • 8-06-2020, 13:22
    • 1 399

Eldar Qasımov: "Həyat çətindir" - VİDEO

"Eurovision" qalibi, gənc müğənni Eldar Qasımovdan yeni xəbər var.

News24.az xəbər verir ki, ifaçının İsveç və Yunanlı musiqiçilərlə birgə işbilriyi əsasında yeni mahnısı işıq üzü görüb. Mahnı üzərində beynəlxalq heyət işləyib. "Until The End" (“Sona Qədər”) adlanan mahnının musiqisi Sebastian Ekstrand, Georgios Kalpakidis, sözləri isə Nikos Sofis, Georgios Kalpakidisə aiddir. Mahnı electro havalı orta templi pop mahnısıdır. Bu parça qəribə, riyakarlıqla və qarışıq hisslərlə dolu bir dünyada alnıaçıq və mübariz yaşamağa cəhdindən bəhs edir. Dərin mənalı sözlərə baxmayaraq musiqi çox müasir radio-pop üslubundadır.

Eldar Qasımov mahnı haqqında bunları deyib: "Həyat çətindir. Bəzən də qaçırılmaz seçim etməyə məcbur edəndə daha sərt olur. Hər qərar enerji, güc, qüdrətimizi tələb edir. Ağıllı qərarlar, seçimlər etməliyik, çünki onlar xəritələr kimidir. Bu xəritələrin əziyyətli yolları ilə əynimizdə zireh, başımzda dəbilqə ilə gedəndə ən əsas və vacib şeyi unutmamalıyıq: Sona Qədər!".

Sevda Bayramova