"Koronavirus hər şeyi əlimizdən aldı" ELDAR QASIMOV - VİDEO
    • 8-06-2020, 15:04
    • 620

"Koronavirus hər şeyi əlimizdən aldı" ELDAR QASIMOV - VİDEO

Müğənnilər Eldar Qasımov və Nigar Camalın maraqlı görüntüsü yayılıb. 

News24.az xəbər verir ki, müğənnilər AZTV-nin yeni reklam çarxında rol alıblar. Videoçarx "Pozitiv Yay" adı altın təqdim edilib.

E.Qasımov sözügedən görüntüləri belə şərh edib:"Hazırkı vəziyyət bizim azadlığımızı, sərbəstliyimizi əlimizdən aldı. Yaxılarımızı görə, toxuna, hiss edə bilmirik. Bu koronavirus hətta sağlamlığımızı da əlimizdən ala bilər. Amma arzu, ümid etməyimizi, xəyal qurmaq bacarığımızı əlimizdan ala bilməz. Dənizə gedə bilmiriksə, sadəcə gözümüzü bağlayıb, dənizi, günəşi təsəvvür edə bilərik. Bu bizi qismən də olsa bu bəladan və psixoloji durğunluqdan azad edə bilər".