Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı - SİYAHI
    • 30-09-2018, 17:12
    • 1 177

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı - SİYAHI

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib:

(S/s Məhsulun adı - Əvvəlki qiyməti  - Hazırkı qiyməti) 
 
Azərçay 450 q. - 7,60 AZN (8,40 AZN)
 
Azərçay 100 q. - 1,80 AZN (2,00 AZN)
 
Beta 100 q. - 2,20 AZN (2,40 AZN)
 
Beta 225 q. - 5,20 AZN (5,80 AZN)
 
Beta 450 q. - 10 AZN (11 AZN)
 
Çempion 100 q. - 2,20 AZN (2,40 AZN)
 
Çempion 225 q. - 5,20 AZN (5,80 AZN)
 
Çempion 450 q. - 10 AZN (11 AZN)

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.
 
Mağaza sahiblərinin sözlərinə görə, "Snickers" və "Bounty" şirniyyatlarının satışı isə dayandırılıb.
 
Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" qorox qida məhsullarının satışı qadağan edilmişdi.

//Qaynarinfo.az