Dünyada ilk: Siçan virusuna yoluxma halı qeydə alındı
    • 30-09-2018, 19:11
    • 1 343

Dünyada ilk: Siçan virusuna yoluxma halı qeydə alındı

Honkonq universitetinin alimləri tarixdə ilk dəfə insanda siçovullara məxsus E hepatiti virusu aşkarlayıblar.

56 yaşlı yoluxan şəxs yaxınlarda qara ciyər transplantasiyasına məruz qalıb. Onun analizləri orqanın anomal rejimdə işlədiyini üzə çıxarıb.

Alimlərin fikrincə, yoluxmaya səbəb tərkibinə siçovul nəcisi düşən qida ola bilər.

Zərərçəkən antivirus müalicəsi alıb.

//Oxu.az