Azərbaycanda uçuşlar məhdud qruplarla HƏYATA KEÇİRİLƏCƏK
    • 11-06-2020, 17:49
    • 505

Azərbaycanda uçuşlar məhdud qruplarla HƏYATA KEÇİRİLƏCƏK

Sərnişinlərin hava gəmisinə daxil olması prosesi məlum olub.

News24.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;

- hava gəmisinə minik salondakı sonuncu sıraların sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması nəzərə alınmaqla aparılır;

- Təmasın minimuma endirilməsi məqsədilə miniyə daxil olan sərnişin pasportun şəkli olan vərəqini minik üzrə məsul əməkdaşa göstərir və minik talonunu xüsusi oxuyucudan keçirir;

- minik prosedurundan keçən sərnişinin əlləri dezinfeksiya olunur.