Bağında üzərinə ağac düşdü, öldü - FACİƏ

Bağında üzərinə ağac düşdü, öldü - FACİƏ Hadisə
Qusar rayonunda bədbəxt hadisə baş verib. 

Qusar rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Mehman İzəddin oğlu özünə məxsus bağda işləyərkən üzərinə ağac düşüb, nəticədə o, vəfat edib.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir. /qafqazinfo/