Kərimdən Təranəyə ağır sözlər: "Öz altındakı vannanı görmürsən"
    • 10-07-2018, 15:49
    • 1 642

Kərimdən Təranəyə ağır sözlər: "Öz altındakı vannanı görmürsən"

Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı Təranə Səmədova haqqında sosial şəbəkədə ağır ifadələr işlədərək aralarındakı soyuq müharibəni yenidən alovlandırıb.
News24.az xəbər verir ki, Kərim keşmiş həyat yoldaşı haqqında ay xala, cinayətkar ifadələrini işlədib.

“İnsanın bu qədər cinayətləri ola-ola necə efirə çıxıb, məndən danışa bilər? Ay xala, bir öz altındakı vannanı görmürsən, məndə iynə axtarırsanƏvvəlin diplom alverçisi, sonra insan alverçisi oldun . İndi də maşın alverçisi. Alverçi kəlməsini bu qədər dəyərsiz eləmə. Sən hara gedirsənsə axırda bir zibil çıxır . O vaxtlar belə bir meyxana kəlməsi var idi. Səni aləm tanıyır məşhur adam ….. Ziba.
 
Sənin kimi məşhur alverçini, efirlər hansı ağılnan dəvət edir, başa düşmürəm? Çıxıb efirə, məndən olmayan şeyləri danışmaqdansa, otur balana tərbiyə ver. Onun gözünü kölgəli eləmə. Əməllərini düzəlt. Belə cinayətləri törədən insan, sonra çıxır efirdə əxlaq və tərbiyədən danışır. Bu dünya niyə dağılmır, görəsən? Millət səni yaxşı tanıyır. Mənə gələndə isə, mənim ailəm, övladım, xanımım, atam, anam, qeyrətim, namusum yanımdadır. Sən mənə görə narahat olma. Amma yenə də  sənə pislik arzu etmirəm. Allah qapını açsın, Allah sənə ağıl versin!".