Çimərlik mövsümü başlayır - Bu şəxslər akvaparklara buraxılmayacaq - QAYDALAR
    • 12-06-2020, 12:32
    • 841

Çimərlik mövsümü başlayır - Bu şəxslər akvaparklara buraxılmayacaq - QAYDALAR

"Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır".

News24.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov REAL TV-yə açıqlamasında deyib.

Bildirib ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub:

"Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək. Biz inanırıq ki, görülmüş bu tədbirlər digər çimərliklər üçün də nümunə olacaq". 

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək. 

https://koronavirusinfo.az/files/3/101_C%CC%A7im%C9%99rlikl%C9%99r.pdf