136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan KEÇDİ
    • 12-06-2020, 16:00
    • 456

136 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan KEÇDİ

2020-2021-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə martın 10-dan başlamış qəbul prosesi  www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Bu günədək respublika üzrə ümumilikdə 136 644 uşaq I sinfə elektron qeydiyyatdan keçib. 126 860 nəfərin sorğusu tamamlanıb.  8647 nəfər tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibəyə yazılıb. 777 nəfər isə liseylərə qəbul üçün sorğu yerləşdirib. 

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi sentyabrın 14-dək davam edəcək.