Daha 387 nəfərdə koronavirus aşkarlandı - 4 ÖLÜ
    • 14-06-2020, 19:27
    • 846

Daha 387 nəfərdə koronavirus aşkarlandı - 4 ÖLÜ

Azərbaycanda  387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə News24.az-aNazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6087 koronavirus testi aparılıb.