Ermənistanda koronavirusa yoluxanların sayı 17 MİNİ ÖTDÜ
    • 15-06-2020, 11:48
    • 549

Ermənistanda koronavirusa yoluxanların sayı 17 MİNİ ÖTDÜ

Ermənistanda koronavirusa yoluxanların sayı 17 mini keçib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ölkəninXəstəliklərin İdarə edilməsi və Profilaktikası Mərkəzi məlumat yayıb. Bildirilib ki, son sutka ərzindəErmənistanda 397 yoluxma halı qeydə alınıb. Bununla da ümumi yoluxmaların sayı 17 min 64-ə çatıb. 16 nəfər isə dünyasını dəyişib. 

Qeyd edək ki, Ermənistanda bu günə qədər 285 nəfər virusdan ölüb.