-
- 15-06-2020, 21:28
- 588
Tramp ölkəsinin ÜST-ü tərk edəcəyini demişdi, AMMA...
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə ÜST-nin işini tənqid edən ABŞ-ın təşkilatın tərkibində qaldığını söyləyib.
News24.az TASS-a istinadən xəbər verir ki, Gebreyesus, bu barədə prezident Donald Trampın ÜST-də islahat üçün təyin etdiyi 30 günlük müddəti nəzərə alaraq ABŞ-ın təşkilatdan ayrılması ilə əlaqədar suala cavab olaraq deyib:"ABŞ hələ də Ümumdünya Səhiyyə Təşkilatının üzvü olan bir dövlətdir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 20-də ABŞ prezidenti Donald Trampdan ultimatum aldıqlarını təsdiqləyib. Təşkilata islahatlar üçün 30 gün vaxt verən D.Tramp əks təqdirdə, bu beynəlxalq quruluşun maliyyələşdirilməsini dayandıracağını, həmçinin üzvlüyə dair şərtləri yenidən nəzərdən keçirəcəyi ilə təhdid edib.
Amerika lideri ABŞ-ın təşkilata ödənişlərin dayandırdığını söyləyib. O, koronavirusun yayılması ilə bağlı məlumatların gizlədilməsində təşkilatın rolunun qiymətləndirilməsi aparılmayana qədər vəsait köçürülməyəcəyini qeyd edib.
Bundan əvvəl Tramp, ÜST-nin işini dəfələrlə tənqid edərək, quruluşun əsasən ABŞ tərəfindən maliyyələşdirildiyini, ancaq Çinə diqqət yetirdiyini söyləyib.