Bakıda şadlıq sarayında YANĞIN
    • 15-06-2020, 23:09
    • 509

Bakıda şadlıq sarayında YANĞIN

Bakıda şadlıq evində yanğın hadisəsi olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.