Kürdə batan 2 nəfərin axtarışı DAVAM EDİR
    • 17-06-2020, 11:46
    • 481

Kürdə batan 2 nəfərin axtarışı DAVAM EDİR

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir. Axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları axtarışlara cəlb olunub.