Mingəçevirdə ev, Xizida isə yük maşını YANDI
    • 18-06-2020, 09:26
    • 814

Mingəçevirdə ev, Xizida isə yük maşını YANDI

Mingəçevir şəhərində ümumi sahəsi 160 m2 olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində tavan 6 m2 sahədə və elektrik naqilləri 2 p.m yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Xızı rayonunda baş verib. 

Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.