Azərbaycan Prezidenti Moskvada keçiriləcək Qələbə paradında İŞTİRAK ETMƏYƏCƏK
    • 18-06-2020, 14:48
    • 570

Azərbaycan Prezidenti Moskvada keçiriləcək Qələbə paradında İŞTİRAK ETMƏYƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 iyun tarixində Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək. 

News24.az  xəbər verir ki, bu barədə prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dövlətimizin başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaqdır.