Azərbaycanda açıq havada idman yarışlarına yenidən QADAĞA QOYULDU
    • 18-06-2020, 19:11
    • 620

Azərbaycanda açıq havada idman yarışlarına yenidən QADAĞA QOYULDU

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulub.

News24.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.
Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.