Zelenskini Vera Brejneva ilə "evləndirdilər" - FOTO
    • 19-06-2020, 11:09
    • 467

Zelenskini Vera Brejneva ilə "evləndirdilər" - FOTO

Türkiyə mətbuatında Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşının koronavirusa yoluxması ilə bağlı xəbər dərc edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Hürriyet" qəzetində dərc edilən xəbərdə səhvə yol verilib. Beləki, xəbərdə Vladimir Zelenskinin həyat yoldaşı yox, müğənni Vera Brejneva ilə fotosundan istifadə edilib. 

Rusiya mətbuatında isə bu xəbər "Zelenskini Vera Brejneva ilə "evləndirdilər"" adlı başlıqla yayımlanıb.