Fəzail Ağamalı: “Deputatlar rayonlardakı hansısa problemləri Milli Məclisin iclaslarında qaldırmamalıdır”
    • 19-06-2020, 11:39
    • 762

Fəzail Ağamalı: “Deputatlar rayonlardakı hansısa problemləri Milli Məclisin iclaslarında qaldırmamalıdır”

“Həmkarlarımdan xahiş edirəm ki, rayonlardakı bu və ya digər problemləri Milli Məclisin iclaslarına daşımasınlar”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bundan istifadə edən antimilli qüvvələr dövlətin üzərinə gəlirlər: “Burada o məsələlər müzakirəyə çıxarılmalıdır ki, bu məsələlər dövlətçiliyin inkişafına töhfə məqsədi daşısın. Biz özümüz bu problemləri aidiyyəti qurumlar qarşısında qaldıra bilərik”.