"Maskasız həyatımız olmayacaq" - Operativ Qərargah Azərbaycan xalqına MÜRACİƏT ETDİ
    • 20-06-2020, 11:11
    • 1 036

"Maskasız həyatımız olmayacaq" - Operativ Qərargah Azərbaycan xalqına MÜRACİƏT ETDİ

"Dünən yeni yoluxma sayını gördük və bu say artıq pik həddir. Dünənki göstəricələrə görə 438 nəfər koronavirusa yoluxub və 4 nəfər vəfat edib. Ümimi yoluxanlaran sayı artıq 11 mindən çoxdur. Təəssüflər olsun ki, vəfat edənlərin sayı da çoxalıb".
 
News24.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də avqustun 1-dək daha sərt karantin rejimi tətbiq ediləcək: "Təəssüflər olsun ki, qısa qapanma zamanı əks nəticələr müşahidə edildi və bu qərarı vermək mütləq idi. Mən burdan əziz həmvətənlilərim sizlərə müraciət edirəm, özünüzü bacardığınız qədər qoruyun. Bizim artıq maskasız həyatımız olmayacaq, tibbi maska həyatımızın ayrılmaz bir hissəsinə çevrilməılidir. Mən özümüz üçün sizdən nəsə etməyinizi istəmirəm, bunu məhz sizin sağlamlığınız üçün deyirəm. Siz özünüzü hər kəsdən təcrid etməlisiniz, bura çox yaxın qohumlar da daxildir. Toplaşma tədbirlərinə razılıq verməyin, biz hamımız bu virusla bağlı yaranan zəncirin qırılması üçün çalışmalıyıq və hər kəs məsuliyyətli olmalıdır". 

Y.Qarayeva onu da əlavə edib ki, vətəndaşlar məsuliyyətsiz yanaşsa, bu virusun yox olması mümkünsüzdür: "Bu bizdən asılıdır. Mən sizə burdan səslənirəm, əziz həmvətənlilərim özünüzü qoruyun. Bunu bir həkim kimi sizə məsləhət görürəm. Bu virus nəfəsdən keçir və siz özünüzü hər kəsdən qorumalısınız. Çox yaxın adamınız belə virus daşıyıcısı ola bilər". 

Afaq Mirayiq