ABŞ-da hava limanı marixuanaya icazə verdi
    • 1-10-2018, 21:00
    • 681

ABŞ-da hava limanı marixuanaya icazə verdi

Los-Anceles Beynəlxalq Hava Limanından uçan və yaşı 21-dən çox sərnişinlər özləri ilə marixuana keçirə biləcəklər.

Aeroport yeni qaydalara barədə öz saytında məlumat yerləşdirib.

Hava limanında yeni qaydalarla bağlı məhdudiyyətlər də var. Belə ki, sərnişinə maksimum 2,8 qram klassik marixuana keçirməyə icazə verilib.

Sərnişinlərə həmçinin xəbərdarlıq edilib ki, ABŞ-ın müxtəlif ştatlarında marixuana ilə bağlı qanunlar fərqlidir. Bu səbəbdən onlara gedəcəkləri yerdə marixuananın leqal olmasını dəqiqləşdirmək məsləhət görülüb.
Qeyd edək ki, Kaliforniya ştatında marixuana leqallaşdırılıb. Yeni qanun 2018-ci ilin yanvarın 1-dən qüvvədədir.