Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı
    • 22-06-2020, 10:13
    • 636

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın , hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.