Azərbaycanda artıq cinayət işlərinə də ONLAYN BAXILA BİLƏR
    • 25-06-2020, 11:09
    • 481

Azərbaycanda artıq cinayət işlərinə də ONLAYN BAXILA BİLƏR

Azərbaycanda məhkəmə prosesləri video bağlantı şəklində keçirilə bilər. 

News24.az-ın xəbərinə görə bu məsələ Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub. Bildirilib ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin video bağlantı şəklində keçirilməsi məqsədilə xüsusi proqram modulunun hazırlanması və bir sıra məhkəmələrdə qeyd edilən formatda işlərə baxılması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsaslı töhfə verib.

Qeyd edilib ki, cinayət işlərinə də video bağlantı ilə baxılmasına dair qanun layihəsinin hazırda Milli Məclisin baxışındadır.