Alişanın qanlı-bıçaqlı düşməni ona MESAJ GÖNDƏRDİ - FOTO
    • 25-06-2020, 11:49
    • 1 129

Alişanın qanlı-bıçaqlı düşməni ona MESAJ GÖNDƏRDİ - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin məşhur sənətçisi Alişan avtomobil qəzasına düşüb. Müğənni İzmir şəhərinə gedərkən avtomobilini dəmir arakəsmələrə çırpıb. Qəza zamanı ifaçının yanında həyat yoldaşı, azyaşlı oğlu və oğlunun dayəsi olub. Dərhal xəstəxanaya aparılan Alişanın boynundan xəsarət aldığı bildirilir, amma ümumilikdə hazırda ailənin vəziyyəti yaxşıdır.

News24.az
xəbər verir ki, bir müddət öncə Alişanla dalaşan teleaparıcı Ecə Erkən sosial şəbəkədə geçmiş olsun mesajını yazıb.

Qeyd edək ki, Alişanla Ecə Erkən məhz Demet Akalına görə dostluqlarını bitiriblər. 

Sevda Bayramova