Deksametazonun ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu AÇIQLANDI
    • 25-06-2020, 17:30
    • 893

Deksametazonun ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu AÇIQLANDI

10 peyvəndin üzərində işlər aparılır. Amma bir şad xəbər var, 1 peyvəndin üzərində artıq son işlər aparılır. 

News24.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, deksimitazon aparatının ölümlərin sayının azalmasına səbəb olduğu araşdırılıb. 

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, 1 peyvənd artıq sınağın son mərhələsindədir: “Ümid edirik ki, 2020-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq. Deksametazonun da ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb”.

H. Harmancı qeyd edib ki, ötən günlərdə Azərbaycana 168 min fərdi qoruyucu gətirilib, çox yaxında da iki reyslə yenə fərdi qoruyucu vasitələr gətiriləcək.


Afaq Mirayiq